“Neftçi”nin kapitanı Emin Mahmudov komandadan gedə bilər.
“Flaqman”ın yeni baş məşqçisi Samir Abasov futbolçunun oyunundan razı deyil. Təcrübəli yarımmüdafiəçinin oyun üslubuna uyğun gəlmədiyini düşünən Abasov kapitanın “Neftçi”dən getməsinə mane olmaq fikrində deyil. Elə Mahmudovun özü də əsas heyətdə yerini itirdiyi halda böyük ehtimalla mövsümün sonunda komandanı tərk edəcək.